Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Məhkəmə ekspertizaları” standartlaşdırma üzrə Texniki Komitənin ilk iclası keçirilib

“Məhkəmə ekspertizaları” standartlaşdırma üzrə Texniki Komitənin ilk iclası keçirilib


Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında məhkəmə ekspertizası sahəsinin inkişafına dair 2026-2030-cu illər üçün Konsepsiya"da nəzərdə tutulmuş tapşırıqların icrası məqsədilə yaradılmış “Məhkəmə ekspertizaları” standartlaşdırma üzrə Texniki Komitənin (“AZSTAND/TK 57”) ilk iclası keçirilib.

Newscenter.az xəbər verir ki, iclasda Texniki Komitənin 2026-cı il üzrə fəaliyyət planı müzakirə olunaraq qarşıda duran vəzifələr müəyyənləşdirilib. Komitənin fəaliyyət planına uyğun olaraq cari ildə məhkəmə ekspertizaları standartının terminologiyası, tədqiqat obyektlərinin götürülməsi, qeydiyyatı, daşınması və saxlanması qaydaları, soyuq silah və məhkəmə botanik ekspertizalarının terminləri və anlayışlarına dair ümumilikdə dörd standartın işlənib hazırlanması nəzərdə tutulur.

Həmçinin Komitənin fəaliyyətində səmərəliliyin təmin edilməsi üçün ekspert ixtisaslarına uyğun alt qrupların yaradılması məqsədəuyğun hesab edilib.

Məhkəmə ekspertizası idarələrinin, elm və təhsil müəssisələrinin, istehsalçı müəssisələrin, standartlaşdırma üzrə texniki ekspertlərin təmsil olunduğu Texniki Komitə maraqlı tərəflərin iştirakını təmin etməklə bu sahədə dövlət standartlarının hazırlanması fəaliyyətlərini əlaqələndirəcək və hazırlanmış layihələri təsdiqlənməsi üçün milli standartlaşdırma qurumuna təqdim edəcək.

Süleyman
Xəbəri paylaş