Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AZAL təyyarədə boş yerlər olduğu halda, cənazə aparan vətəndaşa bilet satmadı-FOTOLAR

AZAL təyyarədə boş yerlər olduğu halda, cənazə aparan vətəndaşa bilet satmadı-FOTOLAR


AZAL həyata keçirdiyi uçuşlar zamanı təyyarədə boş yerlər olmasına baxmayaraq, vətəndaşa bilet satmağa maraqlı görünmür və bilərəkdən insanlar arasında narazılıq, sosial gərginlik yaradır. Hava yolu şirkəti hətta vətəndaşın ən dərdli halında ona qarşı laqeyd qalaraq acımasızlıq nümayiş etdirir. Naxçıvan Muxtar Respublikasının sakini Elyar İslamoğlunun dediklərindən bu, bir daha təsdiqini tapır.

Newscenter.az-ın xəbərinə görə, Elyar İslamoğlu yazır ki, 02 avqust 2026-cı il tarixində saat 04:15-də Bakıdan Naxçıvana həyata keçirilən reysə bilet almaq üçün dəfələrlə növbə rəisinə və kassada çalışan əməkdaşlara cənazə apardıqlarını, bunun adi bir səfər olmadığını demələrinə baxmayaraq, onlara “yer yoxdur” cavabı verilib və mərhumun yaxınları ağır vəziyyətdə hava limanında qalmağa məcbur olublar:

"Daha sonra məlum oldu ki, həmin təyyarədə 6 boş yer olub. Reyslə uçan qohumumuz tərəfindən göndərilən görüntülər bunu təsdiqləyir. Növbə rəisi və kassadakı əməkdaş da sübutları göstərəndən sonra məsuliyyyəti bir-birinin üstünə atdılar".

Elyar İslamoğlu haqlı olaraq sual edir:

"Təyyarədə boş yerlər olduğu halda, cənazə aparan və çətin vəziyyətdə olan insanlara niyə yardım göstərilmədi? Niyə bu qədər həssas bir məqamda insanlara qarşı anlayış və mərhəmət nümayiş etdirilmədi? Bu sadəcə xidmət məsələsi deyil. Bu, insanlıq, vicdan və vətəndaşa münasibət məsələsidir".

Şikayətçi daha sonra qeyd edir ki, boş qalan yerlər həm AZAL üçün itkiyə çevrilir, həm də Naxçıvana getmək üçün saatlarla hava limanında gözləyən sərnişinlərin, xüsusilə də ağır vəziyyətdə olan insanların əziyyət çəkməsinə səbəb olur:

"AZAL - Azerbaijan Airlines tələb edirəm ki, bu hadisə araşdırılsın, 6 boş yer olduğu halda cənazə aparan şəxslərə niyə bilet satılmadığı və niyə belə bir münasibət göstərildiyi ilə bağlı açıqlama verilsin. İnsanların ən ağır günlərində onlara qarşı göstərilən münasibət bir qurumun dəyərlərini göstərir. Ümid edirəm ki, bu məsələ diqqətlə araşdırılacaq və gələcəkdə belə halların təkrarlanmasının qarşısı alınacaq".

Süleyman
Xəbəri paylaş