Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünya çempionatı: İbrahim Həsənov bu gün qızıl medal uğrunda görüşə çıxacaq

Dünya çempionatı: İbrahim Həsənov bu gün qızıl medal uğrunda görüşə çıxacaq


Azərbaycan sərbəst güləşçisi İbrahim Həsənov Bakıda keçirilən U-17 dünya çempionatında bu gün qızıl medal uğrunda görüşə çıxacaq.

Newscenter.az xəbər verir ki, 51 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü finalda iranlı Benyamin Mayvanla qarşılaşacaq.

Qeyd edək ki, Milli Gimnastika Arenasında keçirilən yarışa bu gün yekun vurulacaq.

Daha əvvəl yunan-Roma güləşçilərimizdən Əli Cavadlı (45 kq), Abdurrahman Hüseynli (51 kq) və İsfahan Həsənov (80 kq) gümüş medala sahib olublar.

Ömər Salmanov (48 kq), Elmir Çərkazov (60 kq) və Orxan Həbibli (65 kq) isə bürünc medalla kifayətləniblər.
Xəbəri paylaş