
İran və ABŞ arasında danışıqlarda yaxın gələcəkdə irəliləyiş ola bilər.
Newscenter.az xəbər verir ki, bu barədə "Əl-Hədəs" televiziyası məlumat verib.
Telekanal yüksək vəzifəli mənbənin sözlərinə görə bildirir ki, vasitəçilər məsləhətləşmələrin gələcəyi ilə bağlı nikbindirlər. Onlar tezliklə atəşkəs elan olunacağına ümid edirlər. Kanal həmçinin iddia edir ki, İranın xarici işlər naziri Abbas Əraqçi tezliklə İslamabada səfər etməyi planlaşdırır. Lakin İran XİN rəhbərinin səfərinin dəqiq tarix hələ açıqlanmayıb.
Pakistanın xarici işlər naziri İshaq Dar daha əvvəl iranlı həmkarından İslamabada mümkün qədər tez səfər etməsini istəyib. İslam Respublikasının hakimiyyəti hələlik Əraqçinin Pakistana mümkün səfəri ilə bağlı xəbərlərə rəsmi münasibət bildirməyib.
Anar












































