
Qərb ölkələri konstruktiv və yetkin yanaşma ortaya qoyduqları təqdirdə Rusiya Ukrayna ilə danışıqlara açıqdır.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin deyib.
“Biz həmişə danışıqlara hazırıq. Rusiya Federasiyası olaraq Problemin danışıqlar yolu ilə həll yoluna açığıq. Bunu dəfələrlə sübut etmişik. Lakin Ukrayna tərəfi özünü bu danışıqlardan kənarlaşdırıb”, - deyə o bildirib.
Nazir müavininin sözlərinə görə, əgər Qərbdə, Ukraynanın sponsorları düşərgəsində münaqişənin aradan qaldırılmasına yönəlmiş dürüst, konstruktiv mövqe ortaya qpyulsa. dialoq üçün perspektivlər yaranacaq.
Anar












































