Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 6 mini keçib

Venesuelada zəlzələ nəticəsində ölənlərin sayı 6 mini keçib


Venesuelada baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 6125 nəfərə çatıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Bolivar Respublikası Milli Assambleyasının (parlamentinin) spikeri Xorxe Rodrigez məlumat verib. Onun Telegram kanalında dərc olunan həftəlik bülleteninə görə, axtarış-xilasetmə əməliyyatları zamanı 6462 nəfər xilas edilib. Onlardan 60992 nəfər tibb müəssisələrində müalicə alır. Hökumət hesabına 287 ev evsiz qalanlara təhvil verilib. Bu müddət ərzində 43679 bina yoxlanılıb və qiymətləndirilib, onlardan 41624-ü zədələnib.

Qeyd edək ki, 24 iyunda Venesuelada zəlzələ baş verib. Təxminən 40 saniyə ara ilə 7,2 və 7,5 bal gücündə iki təkan qeydə alınıb. Zəlzələdən sonra 1500-dən çox afterşok baş verib.

Anar
Xəbəri paylaş