Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qərbi Afrikada 32 milyon insan iqlim dəyişmələri səbəbindən evindən didərgin düşə bilər

Qərbi Afrikada 32 milyon insan iqlim dəyişmələri səbəbindən evindən didərgin düşə bilər


Qərbi Afrika Dövlətlərinin İqtisadi Birliyi (ECOWAS) iqlim böhranının təsirləri səbəbindən bölgədə təxminən 32 milyon insanın məcburi köçkün ola biləcəyini xəbərdar edib.

Newscenter.az xarici mediaya istinadən bildirir ki, təşkilat həmçinin, iqlim hədəflərinə çatmaq üçün 294 milyard dollar maliyyələşdirməyə ehtiyac olduğunu bildirib.

ECOWAS-ın İqtisadi İşlər və Kənd Təsərrüfatı üzrə Komissarı Kalilu Sylla, Nigeriyanın Abuja şəhərində keçirilən seminarda Qərbi Afrika regional karbon bazarı platformasının yaradılmasını təklif edib.

Sylla bildirib ki, Qərbi Afrika dünyanın iqlim dəyişikliyinə ən həssas bölgələrindən biridir.

Bölgədə temperaturun 2050-ci ilə qədər 1,5-3 dərəcə Selsi artacağı gözlənildiyini qeyd edib.

Sylla Qərbi Afrikanın karbon bazarlarında əhəmiyyətli potensiala malik olduğunu qeyd edərək, bölgənin 350 milyon hektardan çox kənd təsərrüfatı torpaqlarına, eləcə də geniş meşəlik ərazilərə, manqrov ekosistemlərinə və torpaqların meliorasiyası üçün böyük imkanlara malik olduğunu bildirib.

Anar
Xəbəri paylaş