
Türkiyənin Diyarbəkir şəhərində 3 yaşlı uşaqda quduzluq əlamətləri aşkarlanıb.
Newscenter.az trthaber-ə istinadən bildirir ki, uşağa quduzluq diaqnozu qoyulduqdan sonra onun yaşadığı ərazidə profilaktik tədbirlər gücləndirilib.
Məsələ ilə bağlı Diyarbəkir valiliyinin açıqlamasında bildirilib ki, vilayətin Sur bölgəsində yaşayan 3 yaşlı N.K. təxminən 4 ay əvvəl pişik tərəfindən cırmaqlanıb. 10 avqust tarixində onun halı pisləşib və xəstəxanaya aparılıb. Testlər nəticəsində quduzluq şübhəsi ilə uşaqdan nümunələr götürülüb.
Açıqlamada qeyd olunur ki, 13 avqust tarixinə olan məlumata görə, nümunələr müvafiq istinad laboratoriyasında araşdırıldıqdan sonra xəstənin test nəticəsi müsbət çıxıb və bu məlumat müvafiq qurumlara çatdırılıb.
Hadisə aşkar edildikdən sonra, Vilayət Səhiyyə İdarəsi və Sur Rayon Səhiyyə İdarəsinin qrupları ərazidə təmasların izlənməsi, təmasların yoxlanılması və sağlamlıq yoxlamalarına başladılar. Təmasda olduğu müəyyən edilmiş şəxslər üçün zəruri quduzluq profilaktikası başlanıb. Bölgədəki vətəndaşlar üçün məlumatlandırma və maarifləndirmə işləri də davam edir.
Süleyman












































