
Günəşdə güclü partlayış baş verib.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Tətbiqi Geofizika İnstitutu məlumat yayıb. Məlumata görə, bu səhər sonuncu güc sinfi olan M günəş partlayışı qeydə alınıb.
Günəş partlayışları rentgen şüalanmasının gücünə görə beş sinfə bölünür: A, B, C, M və X. Minimum sinif olan A0.0, Yer orbitində kvadrat metrə 10 nanovatt radiasiya gücünə uyğundur. Sinif irəlilədikcə güc on dəfə artır. Parıltılar adətən günəş plazmasının püskürməsi ilə müşayiət olunur. Bu, buludlar Yerə çatdıqda maqnit fırtınalarına səbəb ola bilər.
Anar












































