Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qarşılıqlı fayda verən əməkdaşlıq xəttinin seçilməsi Rusiya üçün indiki dönəmdə çox vacibdir

Qarşılıqlı fayda verən əməkdaşlıq xəttinin seçilməsi Rusiya üçün indiki dönəmdə çox vacibdir


"Rusiyanın Azərbaycanı son dönəmlər hədəf alması, ölkəmizi medianın nişangahına çevirməsi başadüşülən deyil. Kreml bir tərəfdən Bakı ilə münasibətlərini inkişaf etdirməkdən, qarşılıqlı maraqlar üzərində qurulan əməkdaşlıqlardan danışır, lakin digər tərəfdən qarayaxma, şantaj kampaniyası aparır".

Bunları Newscenter.az-a siyasi şərhçi Əli Orucov deyib. O bidirib ki, Azərbaycan Respublikası Baş Prokurorluğu həmin şəxslərin üçü haqqında cinayət işi başlayıb və axtarışa veriliblər:

"Həmin şəxslər jurnalist və ya siyasi təhlilçi cildinə girərək Moskvanın sifarişlərini icra edərək Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsi, milli ədavəti qızışdırması çağırışları edərək ağır cinayətlər törədiblər və onların cinayət əməlləri təkzibedilməz faktlarla sübuta yetirilib. Rusiya bu şəxsləri Azərbaycana ekstradisya etmək, yaxud onları məsuliyyətə cəlb etmək əvəzinə susqunluq göstərir. Hətta bir az da irəli gedərək həmin cinayətkarları müdafiə edir".

Əli Orucov qeyd edib ki, Azərbaycana məxsus Qroznı-Bakı reysi üzrə uçuş həyata keçirən mülki təyyarənin vurulması zamanı da Rusiyanın davranışları təxminən eyni oldu:

"Nə bu cinayəti törədənlər məsuliyyətə cəlb olundular, nə də istintaq sonadək aparıldı. Əksinə, Azərbaycana təzyiq cəhdləri edildi ki, prinsipial mövqeyindən əl çəksin".

Əli Orucov bildirib ki, Rusiya-Azərbaycan arasında 2022-ci ilin fevralında strateji müttəfiqlik sazişi imzalansa da Kreml adəti üzrə imzasına sadiq qalmayıb:

"Həmin sazişin ruhuna uyğun mövqe ortaya qoymayıb. Azərbaycanın uğurlarına, güclənməsinə dözümsüzlük göstərib, regional təşəbbüslərinə mane olmağa çalışıb. Məsələnin mahiyyəti ondadır ki, Rusiya postsovet respublikalarının müstəqilliyini həzm edə bilmir, onları hələ də özünün ənənəvi təsir zonaları hesab edir. Azərbaycanla da Rusiya arasında baş verən narazılıqlar məhz Kremlin xarici və regional siyasətində strateji və taktiki yanlışlıqlardır".

Əli Orucovun sözlərinə görə. Moskva istəsə də itəməsə də Azərbaycan artıq orta gücə çevrilib və beynəlxalq siyasətdə fəal iştirak edir:

"Bakı ilə qarşılıqlı fayda verən əməkdaşlıq xəttinin seçilməsi Rusiya üçün də indiki dönəmdə çox vacibdir. Qeyri-dost davranışlar və təzyiq əksinə, Rusiyanı təkcə Azərbaycandan deyil, ümumilikdə Cənubi Qafqazdan uzaqlaşdırır".

Süleyman
Xəbəri paylaş