
Özbəkistan və Türkiyənin media strukturları arasında əməkdaşlıq memorandumu imzalanıb.
Newscenter.az Özbəkistan Milli Xəbər Agentliyinə istinadən bildirir ki, memoranduma Özbəkistan Jurnalistlər Birliyinin İdarə Heyətinin sədri Şuhrat Oripov, Türkiyə Jurnalistlər Federasiyasının sədri Yılmaz Karaca və Türkiyə İnternet Media Birliyinin İdarə Heyətinin sədri Süleyman Başa tərəfindən imza atılıb.
İmzalanan sənədlər iki ölkənin jurnalistləri və media təşkilatları arasında əməkdaşlığın sistemli və praktik əsasda inkişaf etdirilməsi istiqamətində mühüm addım hesab olunur.
Türkiyə Jurnalistlər Federasiyası ilə əməkdaşlıq jurnalist nümayəndə heyətlərinin mübadiləsi, yerli mətbuatın inkişaf təcrübəsinin öyrənilməsi, rəqəmsal jurnalistika, süni intellekt və media savadlılığı üzrə birgə seminarların təşkili, jurnalistlərin bacarıqlarının artırılması və beynəlxalq media forumlarının keçirilməsi kimi sahələri əhatə edir. Özbəkistan və Türkiyə jurnalistləri arasında peşəkar şəbəkənin genişləndirilməsi məsələsi də əməkdaşlığın vacib sahələrindən biri kimi müəyyən edilib.
Süleyman












































