Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstan 111 illik isti rekordunu qırdı

Qazaxıstan 111 illik isti rekordunu qırdı


Qazaxıstan 111 il əvvəl qeydə alınan istilik rekordunu qırıb.

Newscenter.az xəbər verir ki, bu barədə Kazhydromet məlumat yayıb. Bildirilib ki,
2026-cı ilin iyul ayı Qazaxıstanda ölkənin bir sıra bölgələrində qeydə alınan istilik və temperatur rekordları ilə yadda qaldı.

Türküstanda havanın temperaturu +47,6 dərəcəyə yüksəlib, Şımkentdə isə 111 il əvvəl qeydə alınan temperatur rekordu qırılıb.

Kazhydromet-in məlumatına görə, iyul ayında Qazaxıstanın əksər yerlərində havanın temperaturu iqlim normasından 1-4 dərəcə yüksək olub.

Almatıda da 16-20 iyul tarixlərində dörd temperatur rekordu qırılıb: 16 iyulda - +38 dərəcə, 17 iyulda - +39,2, 18 iyulda - +40 və 20 iyulda - +41,5 dərəcə isti qeydə alınıb.

Şımkentdə havanın temperaturu +45,2 dərəcəyə çatıb. 16 və 17 iyulda 1915-ci ildən bəri rekordlar qırılıb. Həmin vaxt havanın temperaturu müvafiq olaraq +41,1 və +40,1 dərəcə olub.

Qızılordada havanın temperaturu 17 iyulda +45,2 dərəcəyə, Türküstanda isə 18 iyulda +47,6 dərəcəyə yüksəlib. 2019-cu ilin əvvəlki rekordu +43,7 dərəcə olub.

Süleyman
Xəbəri paylaş