Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

19 il əvvəl itkin düşən şəxsin cəsədi tapılıb

19 il əvvəl itkin düşən şəxsin cəsədi tapılıb


Almatı dağlarında 19 ildir itkin düşmüş alpinistin cəsədi tapılıb.

Newscenter.az xəbər verir ki, bu barədə "Sputnik Qazaxıstan" məlumat verib. Cəsəd Severtsev buzlağının üzərində tapılıb.

Ərazidə insan skeleti və çantasını ilk dəfə belaruslu turistlər görüb və onlar dərhal xilasedicilərə məlumat veriblər. Xilasetmə qrupu və Kazavia Xilasetmə helikopteri cəsədi 4300 metr yüksəklikdə yerləşən Severtsev buzlağının üzərindən götürməyə nail olub.

Mərhumun qızı Nellya Mixeeva deyib ki, atasının çantasını yayılan fotolardan tanıyıb. Onun sözlərinə görə, atası 19 il əvvəl dağa çıxıb və o vaxtdan bəri itkin düşüb.

Süleyman
Xəbəri paylaş