Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ Irana qarşı "hərbi güc" siyasətindən "yumuşaq güc" siyasətinə keçdi

ABŞ Irana qarşı "hərbi güc" siyasətindən "yumuşaq güc" siyasətinə keçdi


ABŞ prezidenti D. Tramp Irana qarşı iqtisadi təzyiq və blokada həyata keçirəcəklərini elan edib. Artıq ABŞ İrana qarşı hərbi əməliyyatları dayandırıb. Çünki hərbi əməliyyatlar körfəz ölkələrini və beynəlxalq dəniz daşımalarını risk altına qoyur. Bundan əlavə D. Tramp payızda Konqresə keçiriləcək aralıq seçkilərinə kimi müharibəni təxirə salıb.
ABŞ və İran arasında danışıqlar baş tutmadı. İran ABŞ təkliflərini qəbul etməyərək eskalasiyada maraqlı olduğunu ortaya qoydu. İrand hakimiyyəti tam ələ alan SEPAH prezident M. Pezeşkian dilə və razılaşma təklifini qəbul etmədi. Prezident və onun rəhbərlik etdiyi hökuməti ABŞ-la danışıqlarda əldə etdiyi nəticəni kənara qoydu.
Ümumiyyətlə, ABŞ 28 fevralda İsrailin təhriki ilə birbaşa hərbi əməliyyatlara başlamamalı idi. İndi tətbiq edilən iqtisadi təzyiq və dəniz blokadası daha uğurlu variant idi.
ABŞ Irana tətbiq etdiyi dəniz blokadası və neft satışına məhdudiyyətlər İrana iqtisadi və sosial vəziyyəti ağırlaşdıracaq. SEPAH üçün ən mənfi ssenari məhz iqtisadi və sosial vəziyyətin ağırlığıdır. Əgər, ABŞ İrana neft satışına imkan verməsə, Tehran üçün ciddi iqtisadi ağırlaşma gözlənilir.
Artıq SEPAH rəhbərliyi regionda əsas güc olduqlarını elan edib. D. Tramp Konqresdə seçkilərdə partiyası qələbə əldə edəcəksə, İrana qarşı yenidən hərbi əməliyyatları başlaya bilər.

Məhəmməd Əsədullazadə
Xəbəri paylaş