Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zelenskinin ofisi Ukraynada seçkilərin keçirilməsi ehtimalını rədd edib

Zelenskinin ofisi Ukraynada seçkilərin keçirilməsi ehtimalını rədd edib


Hazırda Ukraynada seçkilərin keçirilməsi mümkün deyil.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Volodimir Zelenskinin ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak deyib.

"Düzünü desəm, bu gün başqa xərcləmə prioritetləri də var. Bu gün seçkilərin keçirilməsinə zəmanət verən heç bir şərt yoxdur", - deyə Podolyak bildirib. O, davam edən hərbi əməliyyatları, işğal olunmuş əraziləri və vətəndaşların köçürülməsini maneə kimi göstərib:

"Səsvermənin təhlükəsizliyinə zəmanət vermək mümkün deyil və bu şərt qüvvədə olan qanunla nəzərdə tutulub".

Qeyd edək ki, sabiq müdafiə naziri Mixaylo Fedorov özünün YouTube kanalında Ukraynada seçkilərin keçirilməsinin zəruriliyi bildirib.

Anar
Xəbəri paylaş