
Rus-Ukrayna müharibəsi fonunda artıq Rusiya danışıqlara hazır görünmür. Bununla yanaşı, Moskvanın NATO-ya qarşı, xüsusilə Avropa ölkələrində Ukraynaya silah tədarük edən müəyyən müəssisələrə hücum etmək, həmçinin Baltikyanı ölkələrdən birinə qarşı hərbi əməliyyat keçirmək və bununla da Kalininqrad vilayətinə quru yolu açmaq planı var. Amma, Rusiyanın quru qoşunları bu vəzifənin öhdəsindən gəlməsi çətin görünür.
Göründüyü kimi, Rusiya sentyabr ayından, yəni payızdan etibarən yeni səfərbərlik, hətta ümummilli səfərbərlik elan etməyi planlaşdırır. İndiyədək həyata keçirilən proses isə daha çox gizli səfərbərlik xarakteri daşıyıb. Rusiya Prezidenti Vladimir Putinin Qərblə eskalasiyanı genişləndirmək və inkişaf etdirmək xəttinə keçdiyi müşahidə olunur.
Son günlər NATO-ya məxsus qırıcıların Avropanın şərqində təlimlər keçirməsi də diqqət çəkir. Eyni zamanda, Rusiyanın Kalininqrad vilayətində yeni döyüş texnikaları, dronlar və raket sistemləri yerləşdirir. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbərinin Rusiyaya qəfil səfəri də Moskvanın növbəti hərbi eskalasiyaya hazırlaşması fonunda diqqət çəkən məqamdır.
Əgər Rusiya Baltikyanı ölkələrdən birinə hücum edərsə, burada əsas məqsədlərdən biri NATO-nun kollektiv müdafiə mexanizminin nə dərəcədə effektiv olduğunu yoxlamaq ola bilər. Eyni zamanda, Böyük Britaniya ilə Rusiya arasında münasibətlər də getdikcə gərginləşir. ABŞ isə Rusiyanın mümkün növbəti hərbi planlarının qarşısını almağa çalışır.
Əgər yeni Rusiya eskalasiyası başlasa, Böyük Britaniyanın da prosesə daha birbaşa cəlb olunması və Rusiya ilə qarşıdurmanın genişlənməsi mümkündür. Rusiya dayanmır və Ukrayna məsələsində Qərbə qarşı maksimum təzyiq siyasətini davam etdirir. Baltikyanı ölkələrdən birinə qarşı mümkün hücum halında isə Ukrayna məsələsi də daha böyük geosiyasi bazarlığın predmetinə çevrilə bilər.
Vladimir Putin ilin sonuna qədər Ukrayna ilə bağlı Rusiya üçün ciddi və müsbət nəticə əldə etməyə çalışa bilər. Bu baxımdan, Moskvanın yeni hərbi hazırlıqlar həyata keçirdiyi görünür. Qərb, xüsusilə də ABŞ, bunun qarşısını almağa çalışır. Ona görə də ABŞ Mərkəzi Kəşfiyyat idarəsinin rəisi Moskvaya gəlib. Böyük Britaniyanın isə Ukrayna vasitəsilə Rusiyaya qarşı təzyiq və zərbə imkanlarını genişləndirəcək.
Ukrayna tərəfi də yeni danışıqlar paketi hazırlayıb . ABŞ kəşfiyyat rəhbərinin səfəri bu təkliflərin Rusiya tərəfinə çatdıracaq . Lakin Rusiya əvvəldən Kiyevin təkliflərini qəbul etməyəcəyini bildirərək onları daha çox deklarativ xarakterli təşəbbüs kimi qiymətləndirib.
Siyasi roses getdikcə daha dərin böhrana doğru irəliləyir. Rusiya Qərbin müəyyən zəif nöqtələrini müəyyənləşdirərək həmin istiqamətlərə təzyiq göstərməyə və zərbə endirməyi hədəfləyir.
Məhəmməd Əsədullazadə
Milli Cəbhə partiyasının başqanın müavini











































