
Rusiya prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə görüşəcək.
Newscenter.az xəbər verir ki, bu barədə jurnalistlərə prezidentin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Peskov deyib ki, görüş Lukaşenkonun Rusiyaya işgüzar səfəri çərçivəsində baş tutacaq.
"Avqustun 29-da, günortadan sonra Rusiyada işgüzar səfərdə olan Belarus prezidenti Lukaşenko ilə ünsiyyət üçün vaxt ayrılıb. Başlanğıc ənənəvi olaraq mətbuat üçün açıq olacaq", - deyə Peskov bildirib.
Prezidentlərin görüşündə əsas müzakirə mövzusu Rusiya-Ukrayna müharibəsi və bu istiqamətdə mövcud vəziyyət olacaq.
Anar
.












































