Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pezeşkian və SEPAH arasında qarşıdurma genişlənir

Pezeşkian və SEPAH arasında qarşıdurma genişlənir


İranda hakimiyyət daxilində fikir ayrılıqları getdikcə daha da dərinləşir və vəziyyət böhranlı xarakter alır. Prezident və hökumət nümayəndələri ABŞ sanksiyalarının İran iqtisadiyyatına ciddi zərbə vurduğunu bildirsələr də, SEPAH-ın nəzarətində olan televiziya kanallarında bu barədə fərqli və reallığı əks etdirməyən məlumatlar yayımlanır. Prezident dövlət televiziyasına xalqı yanlış məlumatlandırmaqda ittiham edir və ölkədə iqtisadi vəziyyətin getdikcə ağırlaşdığını vurğulayır.
Hazırda İranda əsas qərarların qəbulunda SEPAH-a sərt xətt tərəfdarlarının, o cümlədən komandan Əhməd Vahidi, Möhsin Rzayi və Yəhya Səfəvinin mühüm təsirə malikdir. Bu şəxslərin prezidentə və onun daha yumşaq siyasət yürütmək cəhdlərinə münasibətinin mənfidir.
Prezident M. Pezeşkian ABŞ-la razılaşmanın əldə olunmasının, iqtisadi təzyiqlərin azaldılması üçün diplomatik kanalların işə salınmasının və ölkənin mövcud böhrandan çıxarılması istiqamətində addımların atılmasının vacibliyini vurğulayırlar. Onların fikrincə, iqtisadiyyatın mövcud vəziyyəti uzunmüddətli qarşıdurmanı davam etdirməyə imkan vermir. ABŞ-ın İrana qarşı hərbi əməliyyatları və lokal zərbələri fonunda bu fikir ayrılıqları daha da kəskinləşə bilər.
ABŞ tərəfinin İranla danışıqlarda prezident institutunun ölkənin bütün təhlükəsizlik və hərbi siyasətinə tam nəzarət etmədiyini nəzərə alması da bu daxili hakimiyyət bölgüsünü göstərən amillərdən biridir. SEPAH-ın danışıqlarda daha sərt mövqe nümayiş etdirməsi isə mümkün razılaşmanın qarşısında əsas maneədir.
SEPAH-ın Rusiya ilə hərbi və strateji əlaqələrinin də Tehranın xarici siyasətinə təsiri var. İranın Rusiyadan hərbi texnologiya və silah sistemləri əldə etməsi iki ölkə arasında təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirib. Bu baxımdan, SEPAH daxilində ABŞ-la genişmiqyaslı sövdələşməyə qarşı olan qüvvələrin mövqeyi daha da sərtləşə bilər.
Proseslərin bu istiqamətdə davam etməsi halında İran hakimiyyəti daxilində istefalar və siyasi dəyişikliklər gündəmə gələ bilər. Əgər prezident və hökumətin siyasi manevr imkanları daha da məhdudlaşdırılarsa və real hakimiyyət tam şəkildə SEPAH-ın əlində cəmləşərsə, ölkənin yeni və daha ciddi hərbi qarşıdurmaya sürüklənməsi riski arta bilər.
Bu isə İran daxilində siyasi böhranın dərinləşməsi ilə yanaşı, regionda daha genişmiqyaslı müharibə ehtimalını da yüksəldə bilər.
Məhəmməd Əsədullazadə
Milli Cəbhə partiyasının başqanın müavini
Xəbəri paylaş