
Gürcüstanın cənub-qərbində 3,4 maqnitudalı zəlzələ qeydə alınıb.
Newscenter.az-ın məlumatına görə, "Report"un Gürcüstan bürosu xəbər verir ki, yeraltı təkanlar gecə saat 03:28-də Məmişli kəndi yaxınlığında, Tsalkadan 20 kilometr, Tbilisidən isə təxminən 60 kilometr məsafədə baş verib.
Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
Fəsadlar barədə məlumat verilməyib.












































