
Siyasi arenada və dünya siyasətində son proseslər artıq çox aktiv fazaya keçid alıb. Son baş verən hadisələri nəzərə alsaq, bu gün Cənubi Qafqaz siyasi mərkəzlərin diqqət mərkəzinə çevrilib.Yəni Cənubi Qafqazda mərkəzin rəqabət dalğası kifayət qədər güclənib. Regionun gələcək formalaşan geosiyasi arxitekturasının faydalılığı uğrunda rəqabət gedir. Bu rəqabətin təbii bir neçə ölçüləri və, yəni, bu ölçülər çərçivəsində yalnız mübarizələr gedir. Bu sırada təhlükəsizlik ölçüsü Qafqazda davamlı sülhün mexanizminin işləməsi üçün artıq iqtisadi, siyasi və diplomatik bazalar qurulub.
Nəqliyyat ölçüsü – artıq öz təyinat marşrutlarını dəyişib, dəqiqləşdirib. Enerji ölçüsü – istiqamətlər bəllidir. Siyasi təsir ölçüsü – bəlli çərçivələr daxilində fəaliyyət göstərir.
İqtisadi inteqrasiya ölçüləri – hələ Ermənistana xaricdən müəyyən təsir vasitələri olduğuna görə, inteqrasiya məsələsinin ölçüsündə tam formalaşmamış sayıla bilər. Amma güman ki, yaxın gələcəkdə Ermənistanda da iqtisadi layihələri inteqrasiya edə bilər. Bizim üçün hamısı önəmli olsa da, ən önəmli təsir ölçüsü suverenlik modelidir. Biz bu suverenliyi bütün dünyanın bacara bilmədiyi, lakin Azərbaycanın bacardığı, beynəlxalq hüquq normaları çərçivəsində ədaləti bərpa etməklə qazandıq. Artıq biz öz qərarlarımızı milli maraqlar əsasında veririk. Heç bir xarici güc mərkəzinin təsiri bu məsələdə üstünlük təşkil edə bilməz. Bunun əsas səbəbi Cənubi Qafqazı geosiyasi və iqtisadi olaraq diqqət mərkəzinə gətirən Azərbaycan Ordusu və 44 günlük Vətən müharibəsi oldu.
Beynəlxalq münasibətlərin baxışlarını 180 dərəcə Cənubi Qafqaza qarşı müsbət dəyişən Azərbaycanın diplomatik möhürüdür. Hazırda dünyada hansı təhlükəsizlik və iqtisadi sistem yaradılacaqsa, bu sistemin daxilində artıq Cənubi Qafqaz ölkələrinin böyük geopolitik önəmi olacaqdır. Sadəcə, yaranan bu reallıqlardan yararlanmaq və doğru istifadə etmək məsələsi regionda yaşayan ölkələrin verəcəyi siyasi və diplomatik qərarlardan asılıdır. Nəzərə almaq lazımdır ki, Cənubi Qafqazda gedən rəqabət daha çox iqtisadi nüfuz qazanmaq uğrunda gedir və gedəcək. Bütün güc mərkəzləri Qafqazda daimi sülhü dəstəkləsələr də, digər aktor nəqliyyat marşrutunda başqa bir model təklif edə bilər. Bu proseslər yekunlaşmağa doğru getdikcə siyasi hərəkətlilik dinamikası artır.
Dəyərli soydaşlar, artıq müharibə siyasi, informasiya və daxili siyasət müstəvisində gedir. Ona görə Azərbaycan-Ermənistan sülh gündəliyi və regional kommunikasiyaların açılması bu prosesdən narazı qalan siyasi qüvvələrin müqavimətini daha qabarıq üzə çıxarır. Dərhal görünür ki, bu hadisələri xaricdə və daxildə həmin narazı tərəflərin emissarları ölkəmizin əleyhinə yönəltməyə cəhd edirlər. Lakin bu, xaricin təsiri altında olan, antimilli maraqları həyata keçirmək niyyəti olan zavallıların heç bir cəhdləri alınmayacaq.
Çünki Cənubi Qafqazda bu aktivliyi yaradanın memarı Azərbaycan diplomatiyası və Ordusudur. Yəni ki, biz artıq hərbi üstünlükdən savayı, diplomatik və regional sistem üstünlüyünü qazanmışıq. Düzdür, bəzi qüvvələr bütün varlıqları ilə Ermənistanı erməni püşəsinə qaytarmaq arzusundadır. Biz bunu sentyabrın 11-12-də diplomatların səfərində gördük. Lakin bu da bir faktdır ki, Azərbaycan, Türkiyə və regional aktorlar arasından siyasi, iqtisadi, təhlükəsizlik sistemi formalaşacaq. Əgər Ermənistan digər qarşıdurma sistemini yaratmaq istəyənlərlə həmfikir olacaqsa, öz taleyinin üstündə qara cizgi çəkməli olacaq. Qardaş Türkiyənin xarici işlər nazirinin Azərbaycan səfəri hadisələrin sürətlənməsi kontekstində böyük əhəmiyyətə malikdir.
Biz yalnız milli maraqlara xidmət edən, milli mənafeyimizi hər şeydən üstün tutan dövlətçilik prinsiplərinə, milli dəyərlərə sadiqliyi nümayiş etdirən, 44 günə yeni reallıqlar yaradan diplomatiyanın strateji hədəfləri ətrafında birləşməliyik.
Ramil Hüseynov, "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri












































