Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avropa əhalisi Rusiya ilə müharibə ideyasına öyrədilir: İDDİA

Avropa əhalisi Rusiya ilə müharibə ideyasına öyrədilir: İDDİA


Avropa ölkələri qəsdən öz əhalisini Rusiya ilə müharibə ehtimalına öyrədir.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu hərbi təhlükəsizlik və silahlara nəzarət üzrə Vyana danışıqlarında Rusiya nümayəndə heyətinin rəhbəri Yuliya Jdanova bildirib. O təəssüf hissi ilə qeyd edib ki, Avropada belə bir ssenarini normal kimi təqdim edirlər.

Onun sözlərinə görə, Avropada Rusiya ilə münaqişəni alovlandırmaq kursu artıq göz qabağındadır. Jdanova qeyd edib ki, Avropa hakimiyyəti dinc nizamlanmaya mane olmaq və danışıqlar perspektivlərini pozmaq üçün hər şeyi edir.

“Onlar vətəndaşlarını mifik Rusiya təhdidinə və Rusiyaya qarşı hərbi əməliyyatlara hazırlaşmağın vacibliyinə inandırmağa davam edirlər. Onların məqsədi ictimai şüurda kritik ssenarini rutinləşdirməkdir”, - deyə diplomat vurğulayıb.

Anar
Xəbəri paylaş