
2027-ci ildə Rusiyada minimum əmək haqqı artacaq.
Newscenter.az TASS-a istinadən bildirir ki, Rusiya hökumətinin mətbuat xidməti bu barədə məlumat verib. Hökumətdən bildirilib ki, növbəti ildə minimum əmək haqqının 6,8 faiz qaldırılması nəzərdə tutulur. Beləliklə, gələn il Rusiyada minimum əmək haqqı 28 935 rubl təşkil edəcək.
Qeyd edək ki, bu gün Rusiya Nazirlər Kabineti Dövlət Dumasına 2027-2029-cu illər üçün büdcə layihəsini təqdim edib.
Anar











































