
"Rəsmi İrəvanın həyasızlığını bu günlərdə Cenevrədə bir daha gördüm. BMT-nin Məcburi Yoxaçıxmalar üzrə Komitəsinin 31-ci sessiyasıda Komitə üzvləri bizm məlumatlara istinad edərək əsir və girovlarımızla bağlı Ermənistanın rəsmi nümayəndə heyətini sual atəşinə tutanda, Ermənistan XİN müavini başladı ənənəvi yalan və böhtanlara".
Newscenter.az xəbər verir ki, bunları hüquq müdafiəçisi Sahib Məmmədov deyib. O bildirib ki, Ermənistan XİN müavini guya antiterror əməliyyatı zamanı yüzlərlə erməni mənşəli şəxsin yoxa çıxdığını iddia edib:
"19 nəfərin isə Azərbaycanda əsir saxlandığı yalanını danışıb".
Sahib Məmmədov deyib ki, Ermənistan dövlət olaraq həmişə bizim üçün fürsət gözləyən düşmən olaraq qalacaq.
Süleyman












































