Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BRİCS-də nələr yaşandı?

BRİCS-də nələr yaşandı?


Kazan şəhərində ən böyük qeyri-Qərb iqtisadiyyatlarını (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika) özündə birləşdirən təşkilat olan BRICS sammiti keçirilir. Mənim isə diqqətimi çəkən bu təşkilata Azərbaycanın həvəsli, Qazaxıstanın isə bir qədər məsafəli davranması oldu. Qazaxıstan və Azərbaycan bir çox cəhətdən oxşar ölkələrdir, qeyri-sabit geosiyasi okeanda çoxvektorlu kursu saxlamağa çalışan postsovet məkanında təbii sərvətlərlə zəngin regionun orta gücləridir. Lakin Azərbaycan rəsmi olaraq BRİKS-ə qoşulmaq üçün ərizə verib, üstəlik, bu məsələdə əsas müttəfiqlərindən biri türk dövlətləri birliyində aparıcı dövlət olan Türkiyə onu dəstəkləyib.....
Qazaxıstan isə əksinə, bu dövlətlərarası platformanın necə inkişaf etdiyini müşahidə edərək hələlik BRİKS-də iştirakdan çəkinir. Bu nə ilə bağlıdır? Xəzərin sahilindəki oxşar ölkələr BRİKS layihəsinə niyə bu qədər fərqli reaksiya verdilər..? Bu, ilk növbədə onunla bağlıdır ki, bütün xarici oxşarlıqlarına baxmayaraq, Azərbaycan və Qazaxıstan tamamilə fərqli xarici siyasət mövqelərinə malikdirlər. Qarabağ müharibəsində qələbədən sonra Azərbaycan BRİKS ölkələri, ilk növbədə Çin, Rusiya və Hindistanla daha sıx əlaqələrə ehtiyac duyur.
Qarabağ məsələsi həll olunana qədər Azərbaycan Rusiya və Hindistanın iştirakı ilə müxtəlif beynəlxalq təşkilatlara üzv ola bilməzdi, çünki ciddi ziddiyyətlər var idi. Rusiya ilə sülhməramlılardan, Hindistanla isə Pakistanla hərbi təhlükəsizlik sahəsində münasibətlərdən söhbət gedirdi. Ərazi bütövlüyü bərpa edildikdən sonra sülhməramlılar məsələsi sadəcə olaraq tarixə çevrildi və Pakistanla müttəfiqlik öhdəlikləri dövlətin yaşaması üçün ekzistensial əhəmiyyət daşımaqdan çıxdı....
Qazaxıstan isə əksinə, Rusiya, Çin və Hindistan simasında əsas strateji tərəfdaşlarının bütün beynəlxalq layihələrində o qədər fəal iştirak edib ki, bu gün müəyyən zirvə yorğunluğu yaranıb. Unutmayaq ki, Qazaxıstan KTMT-nin və Rusiyanın əsas rol oynadığı Aİİ-nin, Çinin əsas rol oynadığı ŞƏT -in üzvüdür. Qazaxıstan “Bir kəmər, bir yol” və “Böyük Avrasiyanın” fəal iştirakçısıdır. Onların bir çoxuna Qazaxıstan ya sədrlik edib, zirvə toplantıları keçirib, ya da Mərkəzi Asiyanın və bütün dünyanın gündəmini fəal şəkildə təbliğ edib. Ona görə də əgər əvvəllər Qazaxıstan beynəlxalq təşkilatlara qoşulmağa həvəslə tələsirdisə, indi time aut edir. Azərbaycan isə əksinə, ərazi bütövlüyünü bərpa etdiksən sonra itirilmiş vaxtın əvəzini çıxmağa çalışır..
Xəbəri paylaş