Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılırmı?

Toy baş tutmasa, nişanda verilən qızıllar geri qaytarılırmı?


Bəzən yarımçıq evlilik, yaxud boşanmalardan sonra tərəflərin bir-birinə toya qədərki dövrdə verdiyi qızıl-zinət əşyaları üstündə dava düşür. Bəs görəsən bu məsələ hüquqi baxımdan necə tənzimlənir?


Newscenter.az-ın xəbərinə görə, hüquqşünas Vəfa Qədirova deyib ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarına əsasən toy baş tutmadığı təqdirdə nişan zamanı tərəflərə verilmiş qızıl-zinət əşyaları geri qaytarılmalıdır:

"Məhkəmənin əsaslandırmasına əsasən qızıl-zinət əşyalarının geri qaytarılmaması isə əsassız varlanma kimi qiymətləndirilmişdir.

Mülki Məcəllənin 1091-1092-ci maddələrinin tələblərinə əsasən əsassız varlanan o şəxs sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin hesabına əmlak əldə etsin".

Vəfa Qədirovanın sözlərinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur:

"Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır!".

Mehman Mehdiyev
Xəbəri paylaş