Çərşənbə, 18 dekabr 2024, 16:09:17  
Sizin Reklam Burada.

Kənd təsərrüfatı məhsullarının həcmi 13,4% artıb

Kənd təsərrüfatı məhsullarının həcmi 13,4% artıb


Bu ilin 11 ayında Qazaxıstanda kənd təsərrüfatı məhsullarının ümumi həcmi 13,4% artıb.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Bildirilib ki, bu ilin 11-ci ayında kənd təsərrüfatı məhsullarının ümumi həcmi 13,4% artaraq 7,8 trilyon tengeyə çatıb.

Bu artım bitkiçilik sahəsində istehsalın həcminin 19,9%, heyvandarlıq sahəsində isə 3,2% artması hesabına baş verib.

Bitkiçilikdə orta məhsuldarlıq 16,1 t/ha və taxılda 26,7 milyon ton, o cümlədən buğda - 19,8 milyon ton, çəltik - 563 min ton olub. Bundan başqa 2,9 milyon ton kartof, 3,9 milyon ton tərəvəz, 3,2 milyon ton yağ əldə edilib.

Mehman Mehdiyev
Xəbəri paylaş