Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın D-8-ə üzvülüyü ölkəmizə əlverişli imkanlar vəd edir

Azərbaycanın D-8-ə üzvülüyü ölkəmizə əlverişli imkanlar vəd edir



“Azərbaycanın İnkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) üzvülüyü bütün parametrlər üzrə ölkəmiz üçün faydalı, perspektivlidir. Rəsmi Bakının təşkilata üzvlüyü siyasi, iqtisadi, eyni zamanda beynəlxalq əməkdaşlıq baxımından ölkəmizə əlverişli imkanlar vəd edir”.

Bu fikirləri Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov Azərbaycanın D-8-ə üzvülüyünü şərh edərkən səsləndirib. Millət vəkili diqqətə çatdırıb ki, Azərbaycanın bu təşkilata üzvülüyü təsdiqlənməklə onun formatı və sıraları da genişlənmiş olur:

“Artıq təşkilatda əməkdaşlıq D-9 formatında davam edəcək. Bildiyiniz kimi Azərbaycan təşkilatın üzvü olan Banqladeş, Türkiyə, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya və Pakistanla digər əməkdaşlıq formatları çərçivəsində, eyni zamanda ikitərəfli əməkdaşlıq istiqamətində də normal əlaqələr qurub və hər ötən il bu əlaqələrin daha da inkişafı istiqamətində uğurlu addımlar atılır. Bu mənada D-8-ə üzvülüyümüz də qeyd edilən istiqamətdə atılan uğurlu addımlardandır”.

İlham Məmmədov deyib ki, D-8-ə üzvülük xarici bazarlara çıxmaq baxımından da əlverişlidir:

“Təşkilata üzv olan ölkələrdən İndoneziyanın əhali baxımından ən böyük müsəlman dövləti olduğunu nəzərə alsaq, Azərbaycan mal və məhsullarının bu ölkənin bazarlarına yeni çıxış imkanları əldə edəcəyini söyləyə bilərik. Eyni arqumenti Misir, Pakistan və digər ölkələrə də şamil etmək olar. Əgər təşkilatın fəaliyyət istiqamətlərinə nəzər salsaq görərik, bu çərçivəsdə əməkdaşlıq regionların, kənd təsərrüfatı və balıqçılığın inkişafı, yoxsulluğa qarşı mübarizə, insan resursları, elm, texnologiya, maliyyə, bankçılıq, özəlləşdirmə, ticarət, energetika, sənaye, sağlamlıq və ətraf mühiti əhatə edir. Qurumun fəaliyyətindən və qarşısına qoyduğu məqsəddən də aydın olduğu kimi artıq D-9-a çevrilən təşkilatın məqsədi böyük iqtisadi potensiala, müxtəlif resurslara, çoxsaylı əhaliyə və coğrafi əraziyə malik doqquz ölkə arasında yeni imkanlar əldə etmək, ticarət əlaqələrini şaxələndirməkdir:

“Azərbaycanın bu təşkilata üzv qəbul edilməsi həm də rəsmi Bakının qlobal mənada əhəmiyyətli bir dövlət olduğuna dəlalət edir. Ölkəmizin beynəlxalq aləmdə belə bir mövqeyə gəlməsi, qlobal mənada əsas aktorlardan birinə çevrilməsi heç şübhəsiz Cənab Prezident İlham Əliyevin uğurlu xarici siyasət kursunun məntiqi nəticəsidir. Bu mənada Azərbaycanın sözügedən təşkilata üzv qəbul edilməsi Azərbaycana olan beynəlxalq maraqla yanaşı, həm də dövlət başçısının apardığı siyasətə verilən yüksək qiymətdir”.

Süleyman
Xəbəri paylaş