Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

"PashaPay" şirkəti 2024-cü ili uğurla başa vurur

"PashaPay" şirkəti 2024-cü ili uğurla başa vurur


“PashaPay” şirkəti 2024-cü ilini başa vurur.

Newscenter az xəbər verir ki, hesabat dövründə Azərbaycan Mərkəzi Bankı (AMB) "Milliön" ödəniş terminallarının və m10 elektron pul qabının sahibi olan “PashaPay” MMC-yə elektron pul təşkilatı fəaliyyətini həyata keçirmək hüququ verən müddətsiz lisenziya verib.

PaşaPay şirkəti Böyük Britaniyanın Pan Finance jurnalının keçirdiyi sorğuda “Ödəmə xidmətlərinin rəqəmsal transformasiyası-Azərbaycan” nominasiyası üzrə ilin ən yaxşısı nominasiyasında qalib olub.

Habelə, şirkət ilə “Azəriqaz” İB arasında anlaşma memorandumu imzalanıb.

Gənc innovatorların kəşf olunması üçün PAŞA HOLDİNG tərəfindən keçirilən hakaton bu il “PashaPay”in iştirakı ilə keçirilib və üç komanda xüsusi bacarıqlar nümayiş etdirərək qalib olub.

İl ərində həm “Milliön”, həm də m10 məhsulları üzrə əhəmiyyətli yeniliklər qeydə alınıb.

m10-a 180 yeni provayder əlavə olunub, ümumilikdə bu rəqəm 267-yə çatıb. Hazırda ölkə üzrə 6 min 900 nöqtədə m10 ilə ödəmə mümkündür. İl ərzində iki böyük layihə: “Bakıkart” üzrə ödəmə və tətbiq üzərindən rahat və sürətli şəkildə 20 min AZN-dək kreditin əldə olunması reallaşıb.
Umico Bonus m10 proqramı ilə tam inteqrasiya olunub və onun rəsmi loyallıq proqramına çevrilib. Bu, m10 istifadəçilərinə adi cashback ilə müqayisədə daha sərfəli şərtlərlə bonuslar qazanmağa imkan verir.

Partnyor şəbəkəsinə ölkənin iri şirkətləri əlavə olunub. Bunların arasında “McDonald`s”, “Bazarstore”, “Araz Supermarket”, “Kontakt Home”, “Baku Electronics”, “iSpace”, “Ağ çiçəyim” və digərləri var.

“Milliön” şəbəkəsi üzrə terminalların sayı 5200-ə çatıb və ümumilikdə 1000-dən çox xidmət aparılır. Şirkətin 5000-ci terminalı doğma Qarabağımızda quraşdırılıb. Hazırda ölkə üzrə 7 xidmət şəbəkəsi fəaliyyət göstərir.

Süleyman
Xəbəri paylaş