Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vətəndaş cəmiyyətinin həyatında yeni mərhələ

Vətəndaş cəmiyyətinin həyatında yeni mərhələ


"Artıq 4 ildir ki, Azərbaycanda vətəndaş cəmiyyətinin həyatında yeni bir mərhələ başlayıb. Bu mərhələ ölkədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının peşəkarlığının artırılması, onlarla düzgün işin qurulması, milli və dövlətçilik maraqlarında QHT-lərin birmənalı olaraq həmrəylik nümayiş etdirməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və s. aspektləri əhatə edir. Bütün bu müsbət tendensiyalar heç şübhəsiz ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin 4 illik uğurlu fəaliyyəti nəticəsində mümkün olub".

Newscenter.az xəbər verir ki, bu fikirləri "Təhsilə Dəstək və Maarifləndirmə" ictimai birliyinin sədr müavini Ruhiyyə Mehdiyeva səsləndirib. O bildirib ki, ötən 4 il ərzində Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi qarşısına qoyduğu məqsəd və vəzifələri uğurla həyata keçirib, bütün parametrlər üzrə ortaya qoyduğu aktiv fəaliyyətlərlə QHT sektorunda öz imzasını təsdiq edib.

Ruhiyyə Mehdiyeva onu da qeyd edib ki, Agentlik beynəlxalq əlaqələri inkişaf etdirməklə Azərbaycanın haqlı mövqeyinin dünyaya çatdırılması, eyni zamanda regionda yaranmış yeni reallıqların dünyaya çatdırılması istiqamətində uğurlu fəaliyyətlərə imza atıb:

"Məlumdur ki, 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın regionda yaratdığı yeni reallıqları qəbul etməyən dövlətlər, həmin dövlətlərin himayə etdiyi xarici donor təşkilatları var. Onlar ötən dörd il ərzində maksimum dərəcədə erməni lobbisinin maliyyə dəstəyi əsasında Azərbaycana təsir göstərməyə, xüsusilə COP29 ərəfəsində ölkəmiz barəsində mənfi rəy formalaşdırmağa, hətta həmin beynəlxalq tədbirin Azərbaycanda keçirilməsinin qarşısını almağa çalışırdılar. Lakin antiAzərbaycan qüvvələrə qarşı aparılan mübarizə və bu prosesdə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin koordinasiyası ilə ayrı-ayrı QHT-lərin ortaya qoyduğu uğurlu fəaliyyət antiCOP-çuların məkirli planlarını puça çıxardı. Məhz bu məqamın özü də QHT Agentliyinin 4 illik uğurlu fəaliyyətinin göstəricilərindən biri kimi sayıla bilər".

Anar Əliyev
Xəbəri paylaş