
Britaniya və ABŞ ali təhsil sistemi 3-cü ölkələrdən gələn və ya məsafədən təhsil alan "tələbələrin" hesabına təhsil ocağından daha çox kommersiya qurumlarına çevrilib.
Newscenter.az xəbər verir ki, bu fikirləri hüquq müdafiəçisi Sahib Məmmədov səsləndirib. O deyib ki, 1999-cu ildə Kaliforniya universitetində olanda orada 10-15 il təhsil alan tələbələrin olduğu barədə məlumat verilib:
"3-cü ölkələrdən gələn varlı balaları belə məşhur universitetlərə təhsil dalınca yox, diplom üçün gedir. Universitetlər də bunların hesabına babat milyardlar qazanır və təhsilin kefiyyəti aşağı düşür. Harvardda bir xarici tələbənin illik təhsil xərci, onun yaşama xərcləri ilə bir yerdə illik 120 000-130 000 dollardır. Yalnız təhsil haqqı 80 000 dollardır. Bizdə Harvardın məsafədən təşkil etdiyi həftəlik kursları bitirib özünü Harvard məzunu adlandıran nə qədər desən adam var".
Sahib Məmmədov qeyd edib ki, qlobal səviyyədə təhsil və səhiyyə biznes maraqlarını etik məsələlərdən və təhsildən üstün tutmağa başlayıb:
"Bir az da pul xərcləyib reytinqlərdə babat yer alırlar. Bu da olur onların reklamı".
Süleyman