Bütün şahid ifadələri Xaçaturyanın terrorçu mahiyyətini görməyə imkan verir-DEPUTAT -ÖZƏL

"Faktlar və şahid ifadələri də təsdiqləyir ki, Vaqif Xaçaturyan bir qrup erməni hərbi birləşmələrinin tərkibində 1991-ci ilin 22 dekabr tarixində Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı kütləvi qırğın törədib. Qırğın zamanı, 25 nəfər azərbaycanlı öldürülüb, 14 nəfər yaralanıb,....
ABŞ Dövlət Departamenti: “Ermənistanla Azərbaycan arasında sülh razılaşmasının əldə ediləcəyinə inanırıq”

“Biz Ermənistanla Azərbaycan arasında sülh razılaşmasının əldə edilə biləcəyinə inanırıq”. Newscenter.az “Report”-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller brifinqdə deyib. O bildirib ki, Bakı və İrəvan çətin kompromislərə getməlidir: “Biz sülh sazişi....
Ana dilimizə verilən yüksək qiymətin bariz göstəricisi -ÖZƏL

"Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında Ulu Öndər Heydər Əliyevin 9 avqust 2001-ci il tarixli Fərmanı böyük tarixi əhəmiyyətə malikdir. Belə ki, 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyanın 21-ci maddəsində Azərbaycan Respublikasının....
İmişlidə oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb

İyulun 28-də İmişli Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən fərdi yaşayış evlərinin birindən qızıl-zinət əşyaları və pul oğurlanması barədə məlumat daxil olub. DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Newscenter.az-a verilən məlumata görə, daxil olan məlumatla əlaqədar polis....
Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Tərtər RİH-də əməliyyat keçirib, baş memar saxlanılıb

Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Tərtər Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. Newscenter.az "Report"-a istinadən xəbər verir ki, idarə əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində korrupsiya faktları ilə bağlı icra hakimiyyətinin....
İlin bütün günləri Azərbaycan əlifbası və Azərbaycan dili günüdür

Böyük tarixi şəxsiyyət Heydər Əliyevin hər kəlamı tarixdir, xalqın, dövlətin, dövlətçiliyin tarixini müəyyənləşdirən bir məqama verilən tarixi dəyərdir, sabahlar üçün yaşadılası tarixi münasibətdir. Ulu Öndər ən böyük azərbaycanlı idi, siyasi kursu azərbaycançılığı əhatələyirdi. Azərbaycanı,....
Qarabağ erməniləri ilə görüş Yevlaxda baş tuta bilər -ÖZƏL

"Erməni teleqraf kanallarının separatçılara söykənən iddiasına görə Azərbaycan ilə Qarabağ erməniləri arasında Bratislavada görüş olacaqmış. Ancaq Azərbaycan imtina edib. Görüş yeri təklifi yəqin ki, Blinken tərəfindən prezident İlham Əliyevlə telefon zəngində Amerikalılar tərəfindən gündəmə....
BQXK-nin Xaçaturyanı xəstə qiyafəsində Ermənistana qaçırmaq cəhdi -ÖZƏL

"Vaqif Xaçaturyanın kimliyi barədə Azərbaycan hüquq mühafizə orqanlarının əlində yetərli qədər məlumatlar mövcuddur. Onun xalqımıza qarşı törətdiyi dəhşətli cinayətlərlə bağlı da faktlar kifayət qədərdir. Həmin hadisələrin şahidləri öz ifadələrində Xaçaturyanın hansı cinayət əməlləri....
Paytaxtda I sinfə qəbulla bağlı 36 928 sorğu yerləşdirilib

İyulun 31-i (saat 14:00) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 36 928 uşaq üçün elektron sistem (https://mektebeqebul.edu.az/) vasitəsilə sorğu yerləşdirilib. Newscenter.az xəbər verir ki, paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı 7 835....
Putin və Ərdoğan arasında telefon danışığı olacaq

Avqustun 2-də Rusiya Prezidenti Vladimir Putin və Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olacaq. Newscenter.az “Report”-a istinadən bildirir ki, Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov açıqlama verib. Onun sözlərinə görə,....
Azad olunmuş ərazilər üzrə şəhər günləri təsis edilib

Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilib. Newscenter.az-ın xəbərinə görə, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Sərəncamda qeyd edilib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi....
Təhsil sahəsində maarifləndirmə ilə məşğul olacaq yeni QHT qeydiyyatdan keçib -ÖZƏL

Təhsilə Dəstək və Maarifləndirmə İctimai Birliyi Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb. Bu barədə məlumatı Newscenter.az-a İctimai Birliyin sədri Süleyman İsmayılbəyli verib. Təşkilat sədri deyib ki, rəhbərlik etdiyi QHT təhsil sahəsində maarifləndirmə istiqamətində müxtəlif....
"Özbəkistan mədəniyyəti günləri" keçiriləcək

Azərbaycanda "Özbəkistan mədəniyyəti günləri" keçiriləcək. Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov verib. Bildirib ki, mədəniyyət günləri avqustun 1-dən 4-dək Bakı şəhərində keçiriləcək.....
1 trilyon dollar, yoxsa torpaq?-Ermnistan seçim qarşısında qala bilər -ÖZƏL

"Yerli və xarici mənbələrdə olan datalar əsasında hesablamalarıma görə, Ermənistanın Azərbaycana vurduğu ümumi zərər 1 trilyon dolları ( + 100 milyard dollar) keçib. Azərbaycan vaxt itirmədən bu təzminatın ödənilməsinin beynəlxalq təcrübəyə əsasən tələb etməlidir. Dərhal Azərbaycana dəymiş....
Xaçaturyanın həbsi və istintaq orqanlarına təhvil verilməsi erməni cinayətlərinin bir çoxunun açılmasına kömək edəcək -ÖZƏL

"Beynəlxalq Qırmızı Xaç Komitəsinin nəqliyyat vasitəsində gizlnərək Ermənistana qaçmaq istəyərkən Meşəli qatili Vaqif Çerkezoviç Xaçaturyanın sərhədçilərimiz tərəfindən saxlanılıb hüquq-mühafizə orqanına təhvil verilməsi çox ciddi hadisədir. Azərbaycan və xalqımıza qarşı ağır cinayətlər....
AREA-nın direktoru Pakistana səfər edib

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (AREA) direktoru Cavid Abdullayev Pakistanda səfərdədir. Newscenter.az xəbər verir ki, səfər çərçivəsində Pakistanın Energetika Nazirliyinin Alternativ Enerjinin İnkişafı Şurasının baş icraçı direktoru, Özəl Enerji və....
Tibbi avadanlıqlarına dair yeni dövlət standartı qəbul edilib

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən beynəlxalq standart əsasında AZS ISO 8536-12:2023 “Tibbi təyinatlı infuziya ləvazimatları —12-ci hissə: Birdəfəlik istifadə üçün əks....
Səhiyyə Nazirliyindən kosmetoloji işlərlə məşğul olanlara XƏBƏRDARLIQ

"Kosmetoloji işlərlə məşğul olanlar (həkim-dermatoloq) ali tibbi təhsilli mütəxəssislər və ya orta tibbi təhsili olan orta tibb işçiləri olmalıdırlar". Newscenter.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin Tibbi nəzarət şöbəsinin müdir müavini Ramik Quliyev....
Zəngilan könüllüləri Ağalı kəndində fəaliyyətə başlayıb

Ermənistanın işğalından azad olunan Zəngilan rayonunun Ağalı kəndində Zəngilan könüllülərinin təqdimat mərasimi keçirilib. Newscenter.az xəbər verir ki, “Qayıdış Könüllüləri” Proqramının “Zəngilan Könüllüləri” qrupu ilk dəfə olaraq ərazidə fəaliyyətə başlayıb. Qrup Şərqi Zəngəzur iqtisadi rayonuna....