Azərbaycanda "Özbəkistan mədəniyyəti günləri" keçiriləcək.
Newscenter.az xəbər verir ki, bu barədə məlumatı Özbəkistanda Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov verib.
Bildirib ki, mədəniyyət günləri avqustun 1-dən 4-dək Bakı şəhərində keçiriləcək. Baş tutacaq mədəniyyət günləri çərçivəsində tanınmış özbək sənətçilərinin iştirakı ilə böyük konsert proqramı, eyni zamanda teatr tamaşalarının nümayişi, kitab sərgisinin keçirilməsi və digər tədbirlər nəzərdə tutulub.
Anar Əliyev