Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paytaxtda I sinfə qəbulla bağlı 36 928 sorğu yerləşdirilib

Paytaxtda I sinfə qəbulla bağlı 36 928 sorğu yerləşdirilib


İyulun 31-i (saat 14:00) olan məlumata əsasən, paytaxt məktəblərinin birinci sinfinə 36 928 uşaq üçün elektron sistem (https://mektebeqebul.edu.az/) vasitəsilə sorğu yerləşdirilib.

Newscenter.az xəbər verir ki, paytaxt məktəblərinin birinci siniflərinə elektron qeydiyyat prosesi ilə bağlı 7 835 elektron müraciət daxil olub. Müraciətlərdən 1 843-ü məktəblərdə fəaliyyət göstərən Alternativ qeydiyyat mərkəzləri, 5 992-si sistemin “Əlaqə” bölməsi vasitəsilə cavablandırılıb.

Qeyd edək ki, I sinfə elektron qeydiyyat sisteminin tətbiqi təhsil sahəsində göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi, valideynlərin rahatlığının təmin olunması və ümumilikdə uşaqların məktəbə qeydiyyatı prosesinin sadələşdirilməsinə xidmət edir.

Onu da qeyd edək ki, ümumi təhsil müəssisələrinin I siniflərinə elektron qeydiyyat prosesi sentyabrın 14-ü başa çatacaq.

R.Mehdiyeva
Xəbəri paylaş