Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakıda 3-cü Qlobal Sağlamlıq Turzimi Forumu keçiriləcək

Bakıda 3-cü Qlobal Sağlamlıq Turzimi Forumu keçiriləcək


Newscenter.az.19.04.2019. Aprelin 23-də Bakıda 3-cü Qlobal Sağlamlıq Turzimi Forumu keçiriləcək.

Azərbaycan Sahibkarlar Konfederasiyasından Newscenter.az-a bildirilib ki, “Qlobal Sağlamlıq hamı üçün” şüarı altında gerşəkləşdiriləcək bu tədbirdə QSTŞ-yə üzv 25 ölkənin milli sağlamlıq turizm qurumlarının rəhbərlərindən, müalicəvi-sağlamlıq sektoru üzrə baş menecerlərindən, aparıcı ekspertlər və nüfuzlu alimlərdən ibarət ümumi sayda 150 nəfər xarici və yerli qonağın iştirakı nəzərdə tutulur.

Tədbirdə İqtisadiyyat Nazirliyi, Səhiyyə Nazirliyi, Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Məclis, aidiyyəti üzrə yerli icra hakimiyyəti orqanları, Azərbaycan Turizm Assosiasiyası, Azərbaycancan Turizm Agentlikləri Assosiasiyası, Azərbaycan Mehmanxanalar Assosasiyası , turizm informasiya mərkəzləri, müalicəvi-sağlamlıq mərkəzləri, turizm şirkətləri və respublikada akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, yerli və xarici kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı planlaşdırılır.
Xəbəri paylaş