Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aqrar Elm və İnnovasiya Mərkəzində Gənc Alim və Mütəxəssislər Şurasının iclası keçirilib

Aqrar Elm və İnnovasiya Mərkəzində Gənc Alim və Mütəxəssislər Şurasının iclası keçirilib


Newscenter.az.11.01.2019. Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzində Gənc Alim və Mütəxəssislər Şurasının iclası keçirilib. İclasda Əkinçilik, Tərəvəzçilik, Üzümçülük və Şərabçılıq, Meyvəçilik və Çayçılıq, Bitki Mühafizə və Texniki Bitkilər, Heyvandarlıq, Baytarlıq Elmi-Tədqiqat İnstitutlarının, Azərbaycan Dövlət Aqrar Universiteti, Aqrar Tədqiqatlar Mərkəzi, Dövlət Kənd Təsərrüfatı Muzeyi və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədrləri, büro üzvləri və digər əməkdaşları iştirak ediblər.

Newscenter.az-a nazirliyin informasiya təminatı şöbəsindən bildirilib ki. iclasda çıxış edən kənd təsərrüfatı nazirinin müşaviri Elçin Zeynalov aqrar sahənin inkişafında gənclərin rolundan danışıb. O qeyd edib ki, gənclərin elmi potensialından, müasir yanaşmalarından səmərəli istifadə olunması effektiv nəticələrin əldə edilməsini daha da sürətləndirir. Elçin Zeynalov gənclərin ixtisaslarının artırılması, çalışdıqları sahələr üzrə daha da təkmilləşməsi, inkişaf etmiş ölkələrin təcrübəsinə yiyələnməsi və innovativ yanaşmaların aqrar sektorun inkişafına yönəldilməsinin vacibliyini vurğulayıb.

Daha sonra şuranın sədri Faiq Xudayev çıxış edərək Gənc Alimlər Şurasının yaranması, məqsədi və vəzifələri, eləcə də 2014-1018-ci illər ərzində həyata keçirdiyi tədbirlər barədə qısa məlumat verib.

Sonra çıxış edən tədbir iştirakçıları ilə mövcud problemlər və qarşıda həlli vacib olan məsələlər haqqında geniş fikir müzakirəsi aparılıb, aqrar sahənin elmi əsaslarla inkişaf etdirilməsi və elmi-texniki tərəqqinin aqrar sahəyə tətbiqi, o cümlədən beynəlxalq elmi nəticələrin aqrar sahəyə transfer olunması, aqrar startap ideyalarının biznesə çevrilməsi və birgə fəaliyyət göstərilməsi istiqamətində Aqrar Elm və İnnovasiya Mərkəzi nəzdində İnkubasiya Mərkəzinin yaradılması qərara alınıb.
Orxan
Xəbəri paylaş