
Rusiyalı alimləri qaraciyər fibrozu ilə mübarizə aparmaq üçün hüceyrə terapiyası metodunu sınaqdan keçiriblər.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu xəstəlikdə orqanın funksional hüceyrələri çapıq toxuması ilə əvəz olunur. Heyvan təcrübələri qaraciyər strukturunu uğurla bərpa edib və yağ toxumasından əmələ gələn hüceyrələr sümük iliyindən əldə edilən toxumadan daha uzunmüddətli effektivlik nümayiş etdirib.
Qeyd edək ki, fibroz xroniki qaraciyər zədələnməsinin nəticəsi olaraq inkişaf edir. Qaraciyərlə əlaqəli istənilən patoloji proseslər erkən aşkarlanmanı tələb edir, çünki orqanın böyük kompensasiya qabiliyyəti var. Lakin bu qabiliyyət məhduddur.
Tədqiqatda Seçenov Universiteti, Şumakov adına Milli Tibbi Transplantologiya və Süni Orqanlar Tədqiqat Mərkəzi və Bauman adına Moskva Dövlət Texniki Universitetinin mütəxəssisləri iştirak ediblər. Alimlər mezenximal stromal hüceyrələrin (MSC) effektivliyini öyrənmək üçün siçovullarda orqan zədələnməsini modelləşdiriblər.
Anar












































