
ABŞ Yaxın Şərq ölkələrində enerji infrastrukturunun bərpasını maliyyələşdirmək məqsədi daşıyan yeni fonda 5 milyard dollar ayırmağı təklif edib.
Newscenter.az-ın məlumatına görə, The Wall Street Journal (WSJ) bu barədə yazıb.
Qəzetin yazdığına görə, yeni fondun həmçinin Hörmüz boğazından neft və qaz tədarükündə asılılığı azaldacaq infrastruktur yaratmaq üçün istifadə edilməsi planlaşdırılır. ABŞ Prezidenti Donald Trampın planına əsasən, Vaşinqtonun səkkiz regional tərəfdaşının - Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Bəhreyn, Küveyt, Oman, İraq və İordaniyanın fonda eyni miqdarda ianə etməsi və bununla da fondun ümumi həcminin 10 milyard dollara çatması gözlənilir. Tərəflər hələ də yeni fondun təfərrüatlarını müzakirə edirlər və digər ölkələrin qoşulub-qoşulmayacağı hələ məlum deyil.
Nəşrin qeyd etdiyi kimi, belə bir addım yeddi aylıq münaqişənin qlobal enerji bazarını sarsıtdığını və bərpasının baha başa gələcəyi regional boru kəmərlərini və neft emalı zavodlarını məhv etdiyini etiraf etməkdir.
Anar












































