Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Salyan-Biləsuvar avtomobil yolu yenidən qurulur

Salyan-Biləsuvar avtomobil yolu yenidən qurulur


Newscenter.az.4.04.2019. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yoliunun 81-ci km-də ayrılan və Biləsuvar şəhərinə gedən avtomobil yolunun yenidən qurulması işləri aparılır. Avtomobil Yolları Dövlət Agentliyindən Newscenter.az-a bildirilib ki, avtomobil yolu II texniki dərəcəli olmaqla uzunluğu 14 km, hərəkət hissəsinin eni 7.5 metr olmaqla torpaq yatağının eni 15 metr təşkil edir.

Avtomobil yolunda yenidənqurma işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən aparılır. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yol boyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarıılıb, əvəzinə yararlı qrunt tökülərək kipləşdirilib və yeni yol yatağı inşa edilib. Bunun ardınca karxana çınqılı materialından 16 sm qalınlıqda əsasın alt layı, 15 sm qalınlıqda optimal çınqıl qarışığından isə əsasın üst layı inşa edilib.

Layihəyə uyğun olaraq yenidənqurma işlərinin sonuncu mərhələsində yol boyu 2 nöqtədə avtobus dayanacağı quraşdırılacaq, 118 ədəd müxtəlif yol nişanları və göstərici lövhələr quraşdırılacaq, hərəkətin normal təşkili üçün 42 km uzunluğunda bütöv və qırıq-qırıq olmaqla sarı və ağ rəngdə nişanlanma xətləri çəkiləcək.
Qeyd edək ki, bu yolun yenidən qurulması bölgədə 41 min nəfər əhalinin yaşadığı 4 yaşayış məntəqəsini birləşdirərək yük və sərnişin daşımasını xeyli yaxşılaşdırmağa imkan verəcək.
Xəbəri paylaş