Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Olimpiya Komitələri Assosiasiyasının (ANOC) Baş Assambleyası keçiriləcək.



Newscenter.az.10.10.2019. Qətərin paytaxtı Dohada Milli Olimpiya Komitələri Assosiasiyasının (ANOC) Baş Assambleyası keçiriləcək.

Azərbaycan Milli Olimpiya Komitəsindən (MOK) Newscenter.az-a verilən məlumata görə, oktyabrın 11-də başlayacaq iclasda vitse-prezident Çingiz Hüseynzadə və MOK-un baş katibinin müavini Azər Əliyev iştirak edəcək.

9 gün davam edən Assambleya çərçivəsində ANOC-un Audit və Maliyyə, Marketinq, Atletlər, Beynəlxalq Əlaqələr, və Tibbi Komissiyalarının iclasları keçiriləcək, məruzə çıxışları dinləniləcək.

Həmçinin Gənclər Komissiyasının və Milli Olimpiya Komitələrinin Assosiyasiyasının İcraiyyə Şurasının iclası gündəlikdə olan məsələlərdədir. Sonda Olimpiya Həmrəyliyi Komissiyasının iclası baş tutacaq.

Qeyd edək ki, 12 - 16 oktyabrda Dohada I Dünya Çimərlik Oyunları təşkil olunacaq. Azərbaycan bu yarışda 7 idmançı təmsil edəcək: Oyan Nazariani, Pənah İlyaslı, Kənan Əliyev, İbrahim Yusubov (hamısı güləş); Rostislav Pevtsov və Kseniya Levkovska (triatlon); Roman Heydərov (karate).

Ehtiram
Xəbəri paylaş