Newscenter.az.16.05.2020. Göyçay rayonunda intihar hadisəsi baş verib.
“Report”un xəbərinə görə, 68 yaşlı Cəfər Cəfərov gözətçi işlədiyi evdə özünə tüfənglə atəş açaraq intihar edib.
Araşdırmalar zamanı evin Ucar Rayon İcra Hakimiyyətinin keçmiş başçısı (2005-2010-cu illər) Arzu Qafurova məxsus olduğu müəyyənləşib.
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.