Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yevlaxda yük maşınları toqquşub, ölən var



Newscenter.az.12.12.2020. Bakı-Qazax avtomobil yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

“Report”un məlumatına görə, yolun Yevlax rayonu ərazisindən keçən hissəsində yük avtomobili Gürcüstan dövlət nömrə nişanlı digər yük maşınına çırpılıb.

Qəza nəticəsində bir nəfər ölüb. Dünyasını dəyişənin qadın olduğu və kimliyinin dəqiqləşdirildiyi bildirilir.

Hadisə yerinə Dövlət Yol Polisi idarəsinin əməkdaşları və təcili tibbi yardım maşını cəlb olunub. Qəzada sürücülərdən biri xəsarət alıb.

Fakta bağlı araşdırma aparılır.
Xəbəri paylaş