Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərazilərin minalardan təmizlənməsi istiqamətində dünyanın bir sıra aparıcı ölkələrində avtonom sistemlər tədbiq edilir



Newscenter.az.2.02.2021.
“Ölümcül təsirli tam avtonom silah sistemləri insan müdaxiləsi olmadan kimin yaşayaçağı və kimin öləcəyinə qərar verir. Hazırlanmaqda olan bu silah növləri mülki vətəndaşları əsgərlərdən ayırmayacaq, bu silahlarda insanlara xas olan mərhəmət hissi olmadığından kritik anlarda qərar qəbulunda yalnız maşın kimi çalışır. Adi qoşunların robotlarla əvəzlənməsi müharibə başlamaq üçün verilən qərarların sayını xeyli artıra bilər ki, bu da hərbi münaqişələrdə mülki şəxslərin çətinliklərini daha da artıracaqdır. Ölümcül təsirli tam avtonom silahlardan istifadə dünyada gərginliyi artıracaq və gözlənilməz faciəli nəticələrə yol aça bilər”.

Newscenter.az xəbər verir ki, bu fikirlər Minalar Əleyhinə Azərbaycan Kampaniyası İctimai Birliyinin məlumatında əksini tapıb. Bildirilib ki, bütün bunları nəzərə alaraq bəzi dövlətlərin hökümətləri, QHT-lər, süni zəka sistemlərinin yaradılması ilə məşgul olan müxtəlif şirkətlər bütün dünyada avtonom silahların istehsalı və inkişafına qarşı mübarizə aparmaq və hüquqi tənzimləyici sənədin hazırlanması üçün çağırışlar edirlər. 26 Nobel Sülh Mükafatçısı bu prosesdə aktiv iştirak edir.

Məlumatda qeyd edilib ki, artıq bir neçə ildir BMT strukturları çərçivəsində 100-dən artıq dövlətin iştirakı ilə diplomatik müzakirələr aparılır. Burada qeyd etmək lazımdır ki, müzakirələr süni zəka sistemlərinin tamamilə ləğv olunması istiqamətində aparılmır, bu sistemlərin insan həyatı üçün təhlükə olan yerlərdə və insan həyatının xilas edilməsi istiqamətindəki fəaliyyəti nəzərə alınır. Yəni öldürmə deyil, xilasetmə və yardım sahəsində bu tipli sistemlərin tətbiqi alqışlanır. Hazırda ərazilərin minalardan təmizlənməsi, təhlükəli və falakət baş vermiş ərazilərdə insanların axtarışı, xilası, ilkin yardımın göstərilməsi kimi istiqamətlərdə dünyanın bir sıra aparıcı ölkələrində avtonom sistemlər tədbiq edilir.
2020-ci ildə 28 ölkədə aparılan araşdırmada hər beş nəfərdən üçü insan müdaxiləsi olmadan hədəfləri seçib hücum edən silah sistemlərinin inkişafına qarşı çıxır. Bu silahlara qarşı ən çox çıxış edənlər İsveçdə (% 76), Türkiyədə (% 73) və Macarıstanda (% 70) olub. Qatil – robotlara qarşı əhalinin 50-74 yaş arası (69%) olan hissəsi üstünlük təşkil edib. 63% qadınlar və 60% kişilər bu silah növlərinin yaradılmasının əleyhinə olublar. Rəyi soruşulanların 66% -i bu silahların "mənəvi xətti keçəcəyindən, robot silahlara öldürmək icazəsinin verilməsindən" ən çox narahat olduqlarını bildiriblər.

Bütün dövlətlər silahlar üzərində real insan nəzarətinin olmasını təsbit edən yeni müqavilənin yaradılması üçün danışıqlara başlamalıdırlar. Göründüyü kimi ictimaiyyət arasında robot silahlara qarşı münasibət olduqca mənfidir, bu da onları qadağan etmək üçün cəsarətli siyasi fəaliyyətə ümid verir.

Ölümcül təsirli tam avtonom silah sistemləri ilə əlaqədar BMT çərçivəsində aparılan və hüquqi tənzimləyici sənədin hazırlanmasına yönəlmiş müzakirələrdə Azərbaycan Respublikasının da aktiv iştirak etməsinin təmin olunması üçün Azərbaycan hökümətinin müvafiq strukturlarının iştirakını vacib hesab edirik.

Mehman
Xəbəri paylaş