Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Almaniyanın siyasi partiyasının onlala üzvü Ermənistanın Qarabağdakı xunta rejimini dəstəkləyir.-SİYAHI

Almaniyanın siyasi partiyasının onlala üzvü Ermənistanın Qarabağdakı xunta rejimini dəstəkləyir.-SİYAHI


Newscenter.az.4.04.2021. ABŞ-ın nüfuzlu “The USA Tribune” nəşri Ermənistan dövlətindən və erməni lobbisindən rüşvət alan alman deputatların adlarını açıqlayıb.

Siyahıda Almaniya Bundestag neo-nasistlərin, irqçilərin, pedofillərin və təcavüzkarların adları yer alıb.

Ultra-sağçı “Almaniya üçün Alternativ” partiyasının bir neçə üzvü 1992-ci ildən başlayaraq Ermənistanın Qarabağdakı xunta rejimini dəstəkləyir.
“Almaniya üçün Alternativ” islamofob, antisemit, irqçi, anti-demokratik, Avropa dəyərlərinə zidd olan siyasi güvvədir və ekstremist meyllərinə görə Almaniya kəşfiyyat tərəfindən izlənilir.

Almaniya kəşfiyyatı “Almaniya üçün Alternativ” partiyasını həm də Rusiya ilə əlaqələrinə görə bir neçə ildir izləyir.
Almaniyadakı digər siyasi partiyalar, federal hökumət, əyalət hökumətləri, bu partiya ilə hər hansı bir əməkdaşlıq etməkdən, koalisiya yaratmaqdan imtina edirlər.

Dünyanın qeyri-sabit bölgələrindəki separatçı hərəkatlar, sözdə separatçılığın “paytaxtları” olaraq ortaya çıxaraq Avropa qanunvericilərinə rüşvət verməklə “seçkilərdə” varlıqlarını “qanuniləşdirdi”

“Almaniya üçün Alternativ” partiyasının üzvləri Ermənistan və postsovet məkanındakı digər ərazi münaqişələri nəticəsində Ukraina, Gürcüstan, Moldova və s. yaranan separatçı rejimlərlə sıx əməkdaşlıq edir və tez-tez separatçı bölgələrə səfər edirlər.

“Almaniya üçün Alternativ” partiyasının Ermənistanla sıx əməkdaşlıq edən üzvlərinin adlarını dərc edib:

1.Stefan Koyter,
2.Andreas Kalbis,
3.Şteffen Kotraya,
4. Andreas Qalau
5.Lars Patrick Berq,
6.Enriko Komninq,
7.Xolqer Arpp,
8.Tomas Rudi,
9.Manuel Oksenrayte,
10.Sevim Daqdelen,
11.Qreqor Qizi,
12.Ulla Djelpke,
13.Albert Veyler,
14.Manfred Qrund,
15.Till Mansmann,
16. Cem Özdemir,
17. Martin Sonneborn,
18. Qünter Pilarski,
19. Stiven Brayan Fera,
20. Otto Luxterxandt,
21.Tessa Hofmann

44 günlük müharibə, ərəfəsi və sonrası günlərdə “Almaniya üçün Alternativ” partiyası "müharibə təcili dayansın" tələbi ilə etnik ermənilər və rusiyadan olan miqrant dəstələri ilə bir neçə dəfə etiraz aksiyaları təşkil edib.

Adı çəkilən millət vəkillərindən bir neçəsi Azərbaycanın Almaniyadakı "miqrant blogerlərlə" əlaqəsi mövcuddur.
İnternet resurslarda bu faktı sübut edən çoxlu sayda materilallar mövcuddur.

Yeganə Hacıyeva-beynəlxalq məsələlər üzrə ekspert
Xəbəri paylaş