Newscenter.az.2.03.2022. Təssüf hissi ilə qeyd edim ki, bu gün aramızda elə əməkdaşlar var ki, ciyinlərində və üzərlərində daşıdıqları Dövlət atributuna hörmətsiz yanaşmaqla, üzrələrinə düşən vəzifələri yerinə yetirmək əvəzinə ancaq yaltaqlıqla məşquldular. Yaltaqlıq adlanan xüsusiyyət kənardan xoşagəlməz mənzərə yaradır. Son vaxtlar bu əlamətin xüsusilə gənc əməkdaşlar arasında vüsət alması isə lap üzücü haldır.
Fikirimcə yaltaqlıq zaman keçdikcə, insanın xarakterindən qaynaqlanan bir əlamətdir. Bunu bir neçə aspektdən yanaşmaq olar. Məsələn, qarşı tərəfin sevgisini qazanmaq üçün, özündən rütbə cəhətdən yüksək olan insanı əzərək daha yuxarı qalxmaq üçün və s. Yaltaqlıq ailədən də gələ bilər. Valideyn övladına tərbiyə verə bilər ki, özündən üstünlərə baş əy, xarakterindən aslı olmayaraq onunla razılaş. Belə olan halda insanın mənlik konsepsiyası itir, istədiyi səviyyəyə çatmaq üçün hər yola əl ata bilir. Bəiz insanlar istədiyinə nail ola bilmədikdə yaltaqlığa əl atır, bu yolla irəliləmək istəyir. Burada da şəxsin özünə inamının aşağı olması, hazırkı statusu, vəzifəni itirməmək məqsədilə keçirdiyi narahatlıq hissi əsas rol oynayır. Bu cür insanlar cəmiyyətdə də yaxşı qarşılanmır, qınaq obyektinə çevrilir.
Təəssüflər olsun ki, yaltaqlıq bəzi insanlara zövq verir. Belə ki, qarşı tərəfin ona mülayim davranması, öyməsi həmin şəxslərdə müsbət aura yaradır. Elə insanlar da var ki onlara qarşı yaltaqlıq olunduğunu bilir, lakin biruzə vermir. Lakin bəzi hallarda cəmiyyət yaltaqlığı başqa xüsusiyyətlərlə qarışıq salır. Məsələn, elə tip insanlar var ki, baş verən hadisələrə çox mülayim yanaşır, mühakimə yürütmürlər. Belə olan halda bəzi insanlar onları yaltaq kimi qiymətləndirirlər. Əslində hər birimiz müəyyən məqsədlərə çatmaq üçün özümüz olmaqdan kənara çıxırıq. Bəzən istəklərimizə çatmaq üçün özümüz olmaqdan imtina etsək də, mənliyimizi alçatmamalı, ləyaqətimizə xələl gətirməməliyik.
Əli İbrahimov-hüquqşünas