Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qərbdə enerji böhranı yaşanma riski var



Newscenter.az.2.03.2022. Əvvəlki paylaşımımda Rusiyanın sanksiyalar qarşısında niyə geri addım atmadığını yazacağımı bildirmişdim.
Müharibənin başlamasından 10 gün keçməyib bir çox dövlətlər Rusiyaya güclü sanksiyalar tətbiq elədi. Ancaq bunlara baxmayaraq Rusiya geri addım atmadı.

Rusiya sanksiyalar sahəsində təcrübəli bir dövlətdir. 2014-cü ildə Krımı işğal etdikdə indiki kimi olmasa da, bir xeyli sanksiyalara məruz qaldı. Rusiya tərəfi bilirdi ki, bu sanksiyalar yenə tətbiq olunacaq. 8 il zaman kəsiyində Rusiya boşluqları doldurdu, ağır sanksiyalara qarşı adekvat cavabların verilməsi yollarını axtardı. Müharibəyə qədər ölkəyə xeyli dollar gətirildi. Hal-hazırda Rusiya mərkəzi bankının rezervləri 700 milyard dollara yaxındır. Bir xeyli miqdarda qızıl və xarici pullar vardır.

Digər bir yandan qərb sanksiya tətbiq etsə də, Çin, Pakistan, Türkiyə, İran, Mərkəzi Asiya dövlətləri, Latın Amerika ölkələri, Ərəb ölkələri, Orta şərq ölkələri ilə münasibətlər nizamlıdır. Qərb sanksiya tətbiq etsə də, şərq kimi enerji qaynağı mövcuddur. Avropa ehtiyatını əldən verməyərək Rusiyanı swiftdən tam çıxarda bilmir. Bu sistem Amerika və Avropa ikiliyi tərəfindən qurulub. Yəni təkcə Amerikanın istəməyi ilə Rusiyanı çıxartmaq olmur. Avropa bilir ki, enerji ehtiyacının əksəriyyətini Rusiya ödəyir. Ehtiyat edirlər ki, Amerika öz üzərinə götürüb sonra yarıyolda qoya bilər.

Bu vəziyyət həm qərb üçün, həm də Rusiya üçün neqativdir. Qərbdə də enerji böhranı yaşanma riski var. Bu işdə faydalı çıxan Amerikadır. Qərbdə qısa müddət ərzində qazın qiyməti bir xeyli qalxdı. Rusiya bu qədər sanksiyalar qarşısında öz rezervləriylə 5-10 il özünü rahat idarə edə bilər. Ancaq sonra şərqdə də problem yaşasa, vəziyyət lap çətin olacaq!

Elman Vəliyev-politoloq
Xəbəri paylaş