Newscenter.az.13.03.2022. Müasir beynəlxalq münasibətlər sistemi Soyuq Müharibədən sonra öz yeni balansını nə qlobal nə də bolgəsel müstəvidə tapa bilməyib. Təəsüf ki, öz aralarındakı rəqabət, mübahisə və müzakirələrlə bu balansı tapmayan oyunçular münaqişə və müharibə metodlarına baş vururlar. Bu münaqişə və müharibələr real güc balansı müəyyən olana qədər davam edir. Üstəlik bu güc balansı təxminən son 5 əsrdə Qərb mərkəzli sistemin dəyişməsi və Pasifik mərkəzli yeni bir qlobal güc balansının baş verməsi fonunda olduğu üçün çox daha kəskin olaraq baş verir.
Məsələn, Suriyada yetərincə iddiali olan ABŞ və Türkiyənin gücünün sərhədləri məlum oldu. Qarabağ müharibəsində yetərincə iddiali olan Rusiya, Qərb və Ermənistanın Qafqazdakı gücünü sərhədləri məlum oldu. Ukraynadakı savaşda isə ABŞ, NATO, AB və Rusiyanın güclərinin sərhədləri məlum olur!!! Aktyorlar yetərincə böyük və güclü, mükafatı də yetərincə dəyərli olduğu üçün Ukrayna mövzusu çox daha geniş miqyasda və səs-küylü baş verir. Ancaq Suriya və Qarabağ müharibəsində olduğu kimi Ukraynada da güclər arası uzlaşma olacaq və bu çoxumuzun təxmin etdiyindən daha qısa müddətdə olacaq. Bu cür sərt güc rəqabətinin baş verdiyi proseslərdə ən çox zərəri ise üstündə çox sərt güc mübarizəsi aparılan ölkələr kimi Suriya, Ermənistan və Ukrayna alır.
Orta Şərq, Qafqaz və Avrupada güclər oz münasibətlərini hərbi güc istifadəsi ilə müəyyən mənada aydınlaşdırırlar, bu işin xüsusiylə Asiya (məsələn Çin-Tayvan vəya Hindistan-Pakistan) və müəyyən mənada Amerika qitələrindəki rəqabətlərində də münaqişə ehtimalı yüksəkdir. Afrikaya gəlincə o yazıqlar davamlı müharibədədirlər onsuzda. Orta Şərqdə ise İran və Fələstin mövzusu hazır bomba kimi qalmağa davam edir.
Yuxarıda qeyd edilən böyük dağıntı, savaş və faciələrdən qaçınmaq üçün kiçik və orta boy dövlətlərin etməsi gərəkən ən ağıllı şey daxili və xarici güc balansını doğru qurmaq olmalıdır. Azərbaycanın xarici balansı qurmasında ciddi problem görünmür, ancaq daxili siyasətdə ciddi strateji balans problemi var. Azərbaycan dövlət ağlının Qarabağ müharibəsində olduğu kimi, daxili siyasətdə də mütərəqqi bir balansı qurmasında və bunun üçün gərəkli addımları tezliklə atmasında millət və dövlət maraqları baxımından çoooox böyük fayda var!!!!
Qafqaz Strateji Araşdırmalar Mərkəzinin sədr müavini Nazim Cəfərsoy