Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycanın neft-qaz ixracına təhlükə yarana bilər

Azərbaycanın neft-qaz ixracına təhlükə yarana bilər


Newscenter.az.28.03.2022. Çinin kommersiya paytaxtı Şanxayda COVİD-19 pandemiyası ilə əlaqədar olaraq karantin elan edildikdən sonra dünya bazarında neftin qiyməti 5 faizə qədər ucuzlaşıb. Çinin sıfır korona siyasətinin icrası üzrə tədbirlərlə bağlı digər şəhərlərdə də ən azı 9 gün hər yer qapanır.

Bu arada Almaniya kansleri Olaf Şolz 2022-ci il ərzində Rusiya neftindən və kömüründən imtinanın mümkünlüyündən danışıb. O bildirib ki, qaz təchizatında qısa müddətli dəyişiklik etmək mümkün olmayacaq, Avropa Rusiya qazından asılılığını saxlayacaq.

Yeri gəlmişkən onu da qeyd edim ki, OPEK+ ölkələrinin gündəlik hasilatı 400 min barrel artırmaq qərarı aprelin 1-dən qüvvəyə minir.
Bütün bu sadaladıqlarımın heç biri Rusiyanın marağına cavab vermir, hazırda Rusiya dünya bazarında neftin qiymətinin bahalaşmasında maraqlıdır.
Təsadüfi deyildir ki, bu günlərdə Qazaxıstandan ixracının təxminən 80 faizini, eləcə də Tengiz, Kaşaqan və Karaçaqanak yataqlarında xarici konsorsiumlar tərəfindən hasil edilən neftin 90 faizini Avropa bazarına çatdıran Xəzər Kəmər Konsorsiumu (KTK) Novorossiysk yaxınlığındakı terminalında üç neft nasos qurğusundan ikisinin fəaliyyəti dayandırılıb və bu terminaldan gündəlik 1 milyon barrel neft satan Qazaxıstan neft ixracatında problemlərlə üzləşib.

Nəhayət, onu da qeyd etmək istərdim ki, eyni aqibəti Azərbaycan da yaşaya bilər. Belə ki, Rusiyanın təxribatı nəticəsində Bakı-Tbilisi-Ceyhan (BTC) neft, Bakı Tbilisi ərzurum (BTƏ) qaz kəmərlərində "qəza" baş verə bilər. Unutmayaq ki, belə "qəza" 2008-ci ilin avqustinda Rusiyanın Gürcüstana təcazüvü zamanı da qeydə alınmışdı. Hesab edirəm ki, Qarabağda son zamanlar gedən proseslər bu aspektdən də qiymətləndirilməlidir. Odur ki, BTC və BTƏ kəmərlərinin keçdiyi bütün ərazilərdə (Azərbaycan-Gürcüstan və Türkiyə) təhlükəsizlik tədbirləri gücləndirilməlidir.

Qubad İbadoğlu-iqtisadçı ekspert
Xəbəri paylaş