Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Binəqədi qəsəbəsində təmir işləri davam etdirilir

Binəqədi qəsəbəsində təmir işləri davam etdirilir


Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması məqsədilə 2022-ci ilin “İnvestisiya Proqramı”na uyğun olaraq, Bakı şəhəri Binəqədi rayonu, Binəqədi qəsəbəsi üzrə 5.5 km küçə və yolun təmiri nəzərdə tutulurdu ki, bu istiqamətdə hazırda təmir işləri I Mədən küçəsi korpus 24 və 37 ünvanında aparılır.

Newscenter.az xəbər verir ki, ümumi uzunluğu 1000 metr olan sözügedən ərazi torpaq əsaslı olduğu üçün gediş-gəlişdə problemlərə səbəb olurdu, hərəkətin rahat və təhlükəsizliyini təmin etmirdi.

Aparılan təmir işləri çərçivəsində zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əks-dolğu işləri icra olunub, yeni yol əsasının və küçənin profilə salınması işləri görülüb.

İşlərin yekunlaşdırılması ardıcıllığına uyğun olaraq hazırda yeni asfalt-beton örtüyünün döşənməsi işlərinə start verilib.

Cari ilin “İnvestisiya Proqramı”na uyğun olaraq Binəqədi rayonu üzrə ümumi uzunluğu 13.06 km təşkil edən küçə və yolun təmiri işləri aparılır.

Qeyd edək ki, Agentlik tərəfindən 2021-ci ildə Binəqədi rayonu üzrə 15.4 km uzunluğa malik küçə təmir edilib.
Xəbəri paylaş