Beynəlxalq və respublika fənn olimpiadalarının keçirilməsində və şagirdlərin hazırlığı sahəsində xüsusi nailiyyətləri ilə fərqlənən aşağıdakı təhsil işçilərinə “Əməkdar müəllim” fəxri adı verilib.
Newscenter.az xəbər verir ki, Prezident İlham Əliyev oktyabrın 4-də bununla bağlı sərəncam imzalayıb.
Sərəncamla Kərimov Nazim Baxış oğlu, Qarayev Fuad Abdurahman oğlu və Quliyev Rafiq Meyxoş oğlu mükafatlandırılıb.