Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Yasamalda narkotikə görə 12 nəfər tutulub, əraziyə naryad qrupları təhkum olunub-VIDEO

Yasamalda narkotikə görə 12 nəfər tutulub, əraziyə naryad qrupları təhkum olunub-VIDEO


Bakı şəhəri, Yasamal rayonu, Dadaş Bünyadzadə və ətraf ərazilərdəki küçələrdə son 3 gün ərzində keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən 12 nəfər tutulub, əraziyə naryad qrupları təhkum olunub.

Bu barədə Newscenter.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətnbuat xidmətindən məlumat verilib.

Əməliyyatları Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi və 29-cu Polis Şöbəsinin əməkdaşları keçirib.

Tutulanlar cinayət məsuliyyətinə cəlb olunub.

Onlardan külli miqdarda güclü təsiredici xassəyə malik narkotik vasitə və psixotrop maddələr aşkar olunaraq gotürülüb.

Faktlarla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işləri başlanılıb. Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.

Qeyd edilib ki, artıq həmin ərazilərə fasiləsiz xidmət aparan naryad qrupları təhkum olunub.

Xəbəri paylaş